Xəzər Xəbər

Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI: temperatur kəskin dəyişəcək və 17 noyabradək... - VİDEO

Veb TV | 20:27 • 12 Noyabr 2019
Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI:

Sabah axşam saatlarından etibarən ölkə ərazisində havanın temperaturu yenidən aşağı enəcək. Güclü yağış yağacaq, yüksək dağlıq ərazilərdə isə qar olacağı gözlənilir.

Havanın temperaturu aşağı enəcək,güclü külək əsəcək və yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib ki, həm Bakıda və Abşeron yarmadasında, həm də rayonlarda hava şəraiti sabah axşamdan soyuyacaq.

Rayonlarda yağış yağması ilə yanaşı dağlıq ərazilərdə qar da yağacaq.

Hava şəraitinin noyabrın 17-dək belə davam edəcəyi praqnozalşdırlır.

Xəbər lenti