Xəzər Xəbər

İngiltərə millisində dava: ulduz futbolçu qovuldu

İdman | 15:35 • 12 Noyabr 2019
İngiltərə millisində dava:

Rahim Sterlinq İngiltərə millisinin heyətindən kənarlaşırılıb.


"Mançester Siti"nin üzvü millinin düşərgəsində "Liverpul"un müdafiəçisi Co Qomeslə dalaşdığı üçün heyətdən çıxarılıb. "Mançester Siti”nin heyətində İngiltərə Premyer Liqasının XII turunda "Liverpul”a səfərdə 1:3 hesabı ilə uduzduqları görüşdə 22 yaşlı müdafiəçi ilə mübahisə edən Sterlinq bunu yığmanın düşərgəsində də davam etdirib. Sterlinq baş verənlərdən sonra üzr istəyib.


Qeyd edək ki, İngiltərə millisi "AAVRO-2020"nin seçmə mərhələsi çərçivəsində noyabrın 14-də Monteneqro ilə qarşılaşacaq.


Fanat.Az

Xəbər lenti