Xəzər Xəbər

Azərbaycanla qarşılaşacaq Slovakiya milli komandasının heyətində dəyişiklik edilib

İdman | 10:43 • 12 Noyabr 2019
Azərbaycanla qarşılaşacaq Slovakiya milli komandasının heyətində dəyişiklik edilib

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Slovakiya millisinin heyətində dəyişiklik edilib.


Noyabrın 16-da Xorvatiya, üç gün sonra Azərbaycanla qarşılaşacaq slovakiyalıların yarımmüdafiəçisi Laslo Beneş zədə səbəbindən heyətdən kənarlaşdırılıb.


Onun əvəzinə yığmaya İtaliya "Breşia”sında çıxış edən Nikolas Şpalek dəvət olunub.


Qeyd edək ki, Xorvatiya – Slovakiya oyunu Riyekada, Slovakiya – Azərbaycan matçı Trnavada baş tutacaq.

Xəbər lenti