Xəzər Xəbər

İranda növbəti parlament seçkiləri fevralın 21-də keçiriləcək

Dünya | 09:14 • 12 Noyabr 2019
İranda növbəti parlament seçkiləri fevralın 21-də keçiriləcək

İranda növbəti parlament seçkiləri gələn ilin fevral ayının 21-də keçiriləcək.


Bu barədə İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli deyib. O, seçki məntəqəsinin açılışında bildirib ki, dekabr ayının 1-dən seçkilərdə iştirak etmək istəyən namizədlərin qeydiyyatına başlanılacaq.


Xatırladaq ki, İranda namizədlərin qeydiyyatı, seçkiyə hazırlıq və seçkilərin keçirilməsi ölkənin Daxili İşlər Nazirliyi tərəfindən reallaşdırılır.

Xəbər lenti