Xəzər Xəbər

Şəmkirdə itkin düşən qadının anası: "Qızım yoxa çıxmamışdan bir neçə saat əvvəl..."

Hadisə | 15:31 • 23 Oktyabr 2019
Şəmkirdə itkin düşən qadının anası:

Bir neçə gün öncə Şəmkir rayonunda 25 yaşlı qadının itkin düşməsi ilə bağlı məlumat vermişdik.

XəzərXəbər oxu.az-a istinadən xəbər verir ki, Sabirkənd kənd sakini, iki uşaq anası olan 1994-cü il təvəllüdlü Tanrıverdiyeva Gülnar Qafqaz qızı 17 oktyabr tarixində, saat 11 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Əməkdaşlarımız hadisə baş verən ünvanda olub və məsələni onun ailəsindən öyrənməyə çalışıb.

25 yaşlı Gülnar Tanrıverdiyeva günorta saatlarında itib. Gülnarın anası Elmira Alırzayevanın sözlərinə görə, o, itkin düşməmişdən bir neçə saat əvvəl anasıgilə gəlib:

"Qızım yoxa çıxmamışdan bir neçə saat əvvəl bizə gəldi. Bir müddət oturandan sonra dedi ki, evimdə işim qalıb və getdi. Günorta saatlarında isə kürəkənim mənə zəng edib Gülnarın bizdə olub-olmadığını soruşdu. Mən də onun artıq bizdən getdiyini bildirdim. Qızımı görənlərdən xahiş edirəm, bizə və polisə məlumat versinlər".

Qeyd edək ki, Gülnar Tanrıverdiyeva iki uşaq anasıdır. Qadın əsəb xəstəliyindən əziyyət çəkdiyindən Bakıda və Şəmkir rayonunda müalicə olunub.

Əlavə məlumat üçün bildirək ki, o, evdən çıxarkən əynində qara şalvar, yasəmən rəngli kofta olub. Qadını görənlərdən polisə məlumat vermələri xahiş olunur.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti