Xəzər Xəbər

“Reuters”: “OPEC plus” ölkələri neft hasilatını daha çox azaldacaq

İqtisadiyyat | 14:17 • 23 Oktyabr 2019
“Reuters”: “OPEC plus” ölkələri neft hasilatını daha çox azaldacaq

OPEC və qeyri-OPEC ölkələri ("OPEC plus”) neft hasilatını daha çox azaldacaq.


AZƏRTAC "Reuters”ə istinadla xəbər verir ki, OPEC dekabrdakı yığıncaqda istehsalın daha çox azaldılmasını qiymətləndirəcək.


Qeyd edək ki, dekabrın 5-də Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək. Dekabrın 4-də isə Vyanada OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası təşkil olunacaq.


Azərbaycanda sentyabr ayı üzrə gündəlik neft istehsalı 755 min barrel olub. Gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Cari ilin yanvar-sentyabr aylarında orta gündəlik neft hasilatı 767 min barrel olub.


Xatırladaq ki, 2018-ci il dekabrın 7-də "OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış "Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.

Xəbər lenti