Xəzər Xəbər

Gələn il parlament seçkilərinin keçirilməsi üçün ayrılacaq vəsait müəyyənləşib

Gündəm | 14:00 • 23 Oktyabr 2019
Gələn il parlament seçkilərinin keçirilməsi üçün ayrılacaq vəsait müəyyənləşib

Azərbaycanda gələn il Milli Məclisə seçkilərin keçirilməsi üçün ayrılacaq vəsaitin məbləği müəyyənləşib.


Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsi üçün Mərkəzi Seçki Komissiyasına 51 milyon 385 min 874 manat vəsait ayrılacaq.


Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.

Xəbər lenti