Xəzər Xəbər

Gəncədə 17 yaşlı oğlanı öldürən 10-cu sinif şagirdi imiş

Hadisə | 13:53 • 23 Oktyabr 2019
Gəncədə 17 yaşlı oğlanı öldürən 10-cu sinif şagirdi imiş

Gəncədə bıçaqlanma olub.

XəzərXəbər qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər sakini 2002-ci il təvəllüdlü Verdiyev Əzim Elşad oğlu döş qəfəsinin kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti kafi qiymətləndirilir. 17 yaşlı oğlanın mübahisə zəminində şəhərin" Bağmanlar" adlanan ərazisində bıçaqlandığı bildirilir.

Yaralı xəstəxanada dünyasını dəyişib. Araşdıma zamanı məlum olub ki, Əzim Verdiyevi qohumu bıçaqlayıb. O, yeniyetməyə ürəyindən zərbə endirib. İnsidentin səbəbi bilinmir.

Gəncədə 17 yaşlı oğlanı qətlə yetirən şəxsin kimliyi məlum olub.

2002-ci il təvəllüdlü Əzim Verdiyevi ürəyindən bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən həmyaşıdı Məmmədov Elgün Rövşən oğlu saxlanılıb. 10-cu sinif şagirdi cinayəti etiraf edib.

O, ilkin ifadəsində bildirib ki, qətlə yetirdiyi şəxs çayxanada onun əmisi oğlunu vurmaq istəyib. Bu da əmisi oğlunu mühafizə etmək üçün Ə.Verdiyevi bıçaqlayıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

Xəbər lenti