Xəzər Xəbər

Bakıda tanışları taksi sürücüsünə hücum etdi, boyunbağını apardılar

Hadisə | 13:27 • 21 Oktyabr 2019
Bakıda tanışları taksi sürücüsünə hücum etdi,

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.

XəzərXəbər Trend-ə istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisidə baş verib.

Qazax rayon sakini, 1987-ci il təvəllüdlü Bağırov Arzuman Ramiz oğlu taksi kimi fəaliyyət göstərdiyi "Opel" markalı şəxsi avtomobili ilə Xətai rayonu, Babək prospekti 10 saylı ünvanın qarşısında olarkən tanışı, Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Ələkbərov Sahib Könül oğlu və Emil adlı şəxs ona hücum edib.

Həmin şəxslər A. Bağırovu yumruqla vuraraq boynunda olan gümüş boyunbağını, 88 manat pulunu və "Samsung" markalı mobil telefonunu götürərək hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən S.Ələkbərov saxlanılıb, Emil adlı şəxsin isə axtarışları davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti