Xəzər Xəbər

Astarada feyxoa ağaclarda qalıb - Fermerlər qiymət sarıdan narazıdırlar - VİDEO

Veb TV | 18:41 • 20 Oktyabr 2019
Astarada feyxoa ağaclarda qalıb -

Astaranın feyxoa bağlarında 20 günə yaxındır ki, məhsul yığımı aparılır. Yığım vaxtını səbirsizliklə gözləyən fermerlərqiymət sarıdan narazıdırlar. Feyxoa bağlarında təklif olunan hazırkı qiymətin onların əziyyətinə dəymədiyini deyirlər. Bölgələrdəki qiymətlərlə paytaxt bazarlarındakı qiymətlər arasında ciddi fərq var.

Bazarlarda qiyməti 1 manatdan 8 manata qədər dəyişən feyxoanı sahələrdə 10 qəpiyə də almırlar.

Astaranın sitrus bağları ilə bol olan Siyəkü kəndində kənd sakinləri məhsullarını satmaqda çətinlik çəkirlər.

Təsərrüfat sahibləri bildirir ki,ötən illə hazırkı qiymətlər arasında fərq böyükdü .Hazırda xeyli sayda sakin ziyana düşüb.

Bölgədən fərqli olaraq Bakıdakı bazarlarda isə feyxoanın qiyməti 1-8 manat arasında dəyişir.

Təsərrüfat sahibləri deyir ki, məhsul yalnız iki halda sərfəli qiymətə satıla bilər.Xarici bazarlaraixrac və yafeyxoa məhsulundan kampot isthesal edən sexlərolduqda. Qeyd edək ki, Astarda olan 3835 hektar sitrus meyvə bağlarının 750 hektarını feyxoa sahələridir.

 

Xəbər lenti