Xəzər Xəbər

Bakının qəribə KÜÇƏ adları Onlar nə zaman dəyişdiriləcək?

Cəmiyyət | 17:10 • 20 Oktyabr 2019
Bakının qəribə KÜÇƏ adları

"Bakıda qəribə küçə adları var. Bəzilərində Sovet adları qalmaqdadır. Həmin küçələrin adlarının dəyişdirilməsi ilə bağlı mütləq tədbir görüləcək".

XəzərXəbər  bildirir ki, bunu Modern.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin sözçüsü İsrafil Kərimov söyləyib. O qeyd edib ki, müraciətlər daxil olduqca addım atılır:

"Məsələn, bir neçə ay əvvəl müraciət əsasında daha bir küçənin adı dəyişdirildi. Nəsimi rayonunda yerləşən küçələrdən birinə bəstəkar Süleyman Ələsgərovun adı verildi. Belə müraciətlər olur və biz həmin küçələrin adlarının yenilənməsinə çalışırıq".

Qeyd edək ki, Modern.az bir müddət öncə Bakıda qəribə adları hələ də saxlanan küçələrin siyashısını gündəmə gətirmişdi. Binəqədi rayonunda yerləşən "Keçid məhəllə", "Vtorçermet - Yusifzadə", "Rezervuar", "İzlivnoy", "Stroydetal", "2-ci dəmiryol küçəsi", "3-cü dəmiryol küçəsi", "1-ci - 15 ci sıra küçələri", "Vorovski", "Xutor", Yasamal rayonu ərazisindəki "7-ci Sallaqxana", Nəsimi rayonunda yerləşən "22-ci dairə", "Kərpic", "7-ci Sverdlov", "Todorski", "Droqal" küçələri, "İnşaatçılar" prospekti və s. kimi küçələr həmin siyahıda yer alıb.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
521 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti