Xəzər Xəbər

Azərbaycanda biri 3 manata olan yumurta satılır VİDEO

Veb TV | 20:48 • 17 Oktyabr 2019
Azərbaycanda biri 3 manata olan yumurta satılır

Bir ədədi 3 manata toyuq yumurtası satılır. Ancaq bu yumurta rənginə görə digərlərindən fərqlənir. Yaşıl və mavi rəngli belə yumurtaların alıcıları da kifayət qədərdir.

Azərbaycanda bu cür yumurtaların satışı ilə məşğul olan şəxslər bu barədə saytlarda elan yerləşdiriblər. Onlar bu yumurtanı təmiz cins Amerkuana toyuqlarından aldıqlarını bildirirlər. Dünyada son dövrlər geniş yayılmağa başlayan mavi və yaşıl yumurtaya tələbat və maraq çox olduğundan iddia olunur ki, Azərbaycana da Türkiyədən belə yumurtalar gətirilib.

Yumurtaları satan şəxslər yumurtanın daha faydalı, vitamin və mineral tərkibi baxımından zəngin olduğunu bildirirlər. Elə qiymət də buna görə yüksəkdir. Qida eksperti İsa Əliyev isə deyir ki, bu yumurtaların ağ və sarı yumurtalardan heç də böyük fərqi yoxdur.

Müxtəxəssislər bu yumurtaların da digər yumurtalar kimi eyni qiymətə satılmalı olduğunu bildirirlər.

Xəbər lenti