Xəzər Xəbər

Ağ Evdə Türkiyəyə qarşı NÖVBƏTİ HƏMLƏ: bir neçə saat sonra Ərdoğan...

Dünya | 13:07 • 16 Oktyabr 2019
Ağ Evdə Türkiyəyə qarşı NÖVBƏTİ HƏMLƏ:

Bu gün Ağ Evdə Türkiyə ordusunun Suriyada həyata keçirdiyi "Sülh çeşməsi” ilə bağlı respublikaçı və demokrat senatorların iştirakı ilə toplantı keçiriləcək.

Toplantı prezident Donald Trampın təklifi ilə təşkil olunub.

Ağ Evdə Türkiyə ilə bağlı növbəti qanunun səsverməyə çıxarılması ehtimal olunur. Layihə respublikaçı senator Lindsi Qraham tərəfindən gündəmə gətiriləcək.

Qeyd edək ki, ABŞ-dakı toplantıdan bir neçə saat sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentinin köməkçisi Mayk Pens və Dövlət katibi Mayk Pompeonun rəhbərlik etdiyi heyətlə görüşəcək./publika.az

Xəbər lenti