Xəzər Xəbər

Məktəbəhazırlıq qruplarına nəzarət gücləndirilir VİDEO

Veb TV | 19:46 • 15 Oktyabr 2019
Məktəbəhazırlıq qruplarına nəzarət gücləndirilir

Məktəbəhazırlıq qruplarına nəzarət gücləndirilir. Bu qruplarda dərs deyən müəllimlərin fəaliyyəti monitorinq olunacaq. Bunu Bakı şəhəri üzrə təhsil idarəsinin müdiri Rəşad Tağıyev deyib. O bəzi məktəblərin 1-ci sinflərində şagirdlərin çox olması məsələsinə də toxunaraq bildirib ki, növbəti illərdə bu problemin həlli ilə bağlı müvafiq addımlar atılacaq.

Məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərin fəaliyyəti monitorinq olunacaq.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib. O bildirib ki, 2019-2020-ci tədris ilində paytaxtdakı 268 ümumi təhsil müəssisəsi üzrə 977 məktəbəhazırlıq qrupuna 26 min 189 uşaq cəlb olunub. Qarşıdakı müddətdə məktəbəhazırlıq qruplarında tədris aparan müəllimlərin fəaliyyətinin monitorinqini və müvafiq nəticələrin qiymətləndirilməsini təşkil etmək planlaşdırılıb.

Rəşad Tağıyev paytaxtdakı bəzi məktəblərin 1-ci sinflərində şagirdlərin çox olması məsələsinə də toxunub. O vurğulayıb ki, Nazirlər Kabinetinin bununla bağlı müəyyən etdiyi say həddi var. Növbəti illərdə isə araşdırma aparılacaq və problemin həlli ilə bağlı müvafiq addımlar atılacaq.

Rəşad Tağıyev bildirib ki, bəzi məktəblərdə süni şagird sıxlığının qarşısını almaq məqsədilə qəbul, ilk növbədə, prioritetlər əsasında aparılır və bu proses sistem tərəfindən tənzimlənir. Ümumilikdə, paytaxt məktəblərinin 85 faizindən çoxuna ərazi prinsipi tətbiq olunmur.

 

Xəbər lenti