Xəzər Xəbər

Bakıda ŞOK ƏMƏLİYYAT "Beluga Tahir" və dəstəsi yaxalandı - VİDEO

Veb TV | 18:42 • 15 Oktyabr 2019
Bakıda ŞOK ƏMƏLİYYAT

Polis saxta spirtli içkilər hazırlayan mütəşəkkildəstəni saxlayıb. Məlum olub ki, saxlanılan şəxslər Rusiyanın məşhur spirtli içkilərini saxtalaşdıraraq paytaxda şərab evlərinə və şadlıq saraylarına satıblar.

Saxta spirtli içkilər hazırlayan ''Beluqa Tahir'' və mütəşəkkil dəstəsi ifşa edilib

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran mütəşəkkil cinayətkar dəstəyə qarşı xüsusi əməliyyat tədbiri keçirilib.

Müəyyən olunub ki, ''Beluqa Tahir'' ləqəbi ilə tanınan Tahir Həziyevin başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstə bir müddətdir ki, Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən gizli sexlərdə Rusiya istehsal olan müxtəlif adlarda araqların, viskilərin və tekilaların saxtalarını hazırlayaraq üzərinə aksiz markalar vurmaqla iaşə obyektlərində və şərab evlərində satışını təşkil ediblər.

Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən Tahir Həziyevə məxsus gizli sexə, dəstə üzvləri Elşən Səfərova məxsus Sabunçu rayonunun Buzovna qəsəbəsində və qardaşı Elnur Səfərova məxsus Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən anbarlara, Əliağa Əhmədova məxsus Nərimanov rayonunda yerləşən gizli saxlanc yerinə, eləcə də Afəddin Yunisova məxsus spirtli içkilərin topdansatış mərkəzinə baxış keçirilib. Həmin vaxt ordan satış üçün hazırlanmış ümumilikdə 6 min 114 ədəd saxta spirtli içki, mənşəyi məlum olmayan 1 tona yaxın spirt, xeyli sayda saxta aksiz marka, 31 min 200 ədəd müxtəlif əmtəə nişanlı etiket və kustar üsulla düzəldilən xüsusi elektron avadanlıqlar aşkar olunaraq götürülüb.

Araşdırma zamanı mütəşəkkil şəbəkənin üzvləri tərəfindən hazırlanan saxta içkilərin toy mərasimlərində istifadə edilməsi üçün bəzi şadlıq evlərinə satıldığı da müəyyən edilib. Həmin şadlıq evləri sahibərinin də müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir. Aşkar edilən saxta spirtli içkilərdən götürülən nümunələr ekspertizaya təqdim edilib və əldə olunan rəyə əsasən bu məhsulların toksikoloji normalara cavab vermədiyi və qeyd olunan içkilərin istehlakının insan orqanizmi üçün ciddi təhlükə mənbəyi olduğu müəyyən edilib.

Saxta və insan sağlamlığı üçün təhlükəli olan spirtli içkiləri hazırlayan dəstə üzvləri barəsində Baş İdarədə cinayət işi başlanıb.

Xəbər lenti