Xəzər Xəbər

Şəmkirdə güclü yanğın - mağaza və kafelər kül oldu

Hadisə | 18:13 • 15 Oktyabr 2019
Şəmkirdə güclü yanğın - mağaza və kafelər kül oldu

Şəmkir rayonunda güclü yanğın olub.

XəzərXəbər Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 2400 m² olan, bir dam altında tikilən, müxtəlif təyinatlı obyektlərin (kafe, mağazalar və s.) yanar konstruksiyaları 464 m² sahədə yanıb.

Tikililərin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti