Xəzər Xəbər

Çox və dayanmadan əsnəyirsiz? Təhlükəli əlamətlər

Cəmiyyət | 17:12 • 15 Oktyabr 2019
Çox və dayanmadan əsnəyirsiz?

Fizioloji əsnəmək onurğalılara xas olub, yorğunluq və ya darıxma zamanı baş verən normal haldır. Bu refleksdir və ona mane olmaq olmur.
Elmdə elə bir qanun yoxdur ki, gündə neçə dəfə əsnəmək norma salıyır. Adətən 7-25 dəfə əsnəmək belə insana xas norma hesab edilir.

Amma əsnəmək bəzən patoloji səbəbdən ciddi siqnala çevrilə bilər ki, bunu da hər adam vaxtında sezmir.

XəzərXəbər xəbər verir ki, Medicina.az çox və dərindən əsnəməyin hansı patoloji pozulmaların siqnalı olduğunu araşdırıb.

Normal halda əsnəmək:

-Yuxu gələndə
-Bəzi dərmanlar, antihistamin, antidepressantlar qəbul etdikdə
-Hallusinasiya təsirli göbələklərin qəbulu
-Güclü yorğunluq və halsızlıq
-Əsnəyən digər insan və heyvana baxdıqda
-Əsnəmək barədə yazı oxuyanda, yazanda
-və ya səbəbsiz gündə 5-6 dəfə əsnəmək

Əsnəmək nədir?

İnsanın qanında oksigen azlığı yaşananda ağciyər toxumaları dartılıb, açılıb daha çox oksigen almaq istəyir, bu zaman əsnəməklə insanın ağzını geniş açıb daha çox miqdar hava alır. Bununla insan sanki oyanır, ayılır və qanda oksigen yüksəlir.

Bu nəzəriyyə hələ Hippokrat dövründən sürülüb və tibdə təsdiqini tapıb. İnsan əsnəyəndə beyin soyuyur, bu da sanki tənəffüs elan etməyə bərabərdir.
Bəs hansı hallarda əsnəmək patolojidir və müayinə-müalicə lazımdır

1.Stress, xroniki yorğunluq, depressiya, təşviş pozuntusu

Çox zaman əsnəmək sinir mənşəli olur. Panik atak və depressiyada olanlarda çox rast gəlinir.

Belə ki, hipotalamus, hipofiz və böyrəküstü vəzilər stresdən qorumaq üçün hormonlar hasil edir, orqanizmi fiziki aktivliyə hazırlayır.

İnsan stress mühitində olanda bu üçlüyün işi ayrı istiqamət alır və sonra kortizol adlı əsəbə qarşı hormon hasil olur. Kortizol qanla bütün orqanizmə yayılır
Kortizol həmçinin bədəni soyuqdan da qoruyur, yuxunu idarə edir. İnsan yorğun olanda, depressiyada oldyqda kortizol azalır, orqanizm sanki müdafiəsiz qalır, insan çox əsnəməyə başlayır. Bu artıq işarədir ki, məşhur üçlük vəzilərin işi pozulub.

Depressiya halında itlər və digər heyvanlar da əsnəyir.

2.Ürək-damar sistemində problemlər

Ürək-damar sisteminin işində pozulma olanda insan təşviş rejiminə keçir. Bu zaman vegetativ distoniya da yaranır.
Sinirlər sanki yolunu azır, hipotalamus vəzisinə yalançı siqnallar göndərir, o da əsnəmə əmri verir.

Ona görə səbəbsiz, çox və dərin əsnəyən insanlar həttə miokard infarktının bəlli əlaməti ola bilər.
Əgər əlavə olaeaq təngnəfəslik, döş qəfəsində ağrılar,ürəkbulanma da varsa, təcili kardioloqa getməlisiz.

Həmçinin beyin kökcüyünün zədələnməsi də qarşısı alınmaz əsnəməyə səbəb olur. Təsadüfi deyil ki, insultdan öncə və sonra xəstələr çox əsnədiklərini deyirlər.

3.Beyin və sinir xəstəlikləri

Dağınıq Sklerozun əsas simptomlarından biri də daim yorğunluq, beynin hərarətinin artması, həddən artıq çox əsnəməkdir. Hipotalamus anormal işləyir.
Eləcə də görmə siniri zədələnməsi, onurğa beyin nevromielitində də əsnəmək çoxalır. Bu xəstələrin baş MRT-də hipotalamusun zədələnməsi aşkarlanır.
Gicgah epilepsiyası, Parkinson və beyin qabığı iltihabında da əsnəmək çoxalır.

Və nəhayət beynin xoş və bədxassəli şişlərində də əsnəmək xarakterikdir. Bununla yanaşı baş ağrısı, yaddaş pozulması, görmədə zəifləmə, hərəkətlərdə səntirləmə varsa, təcili beyninizi yoxladın.

4.Qaraciyər xəstəliyi

Qaraciyərdə sirroz və orqan çatışmazlığı zamanı orqanizmin ümumi yorğunluğu fonunda əsnəmək də güclənir.

5.Endokrin xəstəliklər

Hormonların azlığı və çoxluğu anormal əsnəməyin triggeri ola bilər.
Hipetireoz zamanı, zobda xroniki yorğunluq, yuxululuq və əsnəmək yol yoldaşıdır.

Nəticə:

Əgər yatırsızsa, yorğunluq yaradan işdə çalışmırsızsa, əsnəməyi artıran dərmanlar qəbul etmirsizsə və ya bunları qaydaya salsanız da, gün ərzində 20-30 dəfə dərindən əsnəyirsizsə, deməli bu orqanlarda problemlər üzrə axtarışa çıxmalısız.

İlk olaraq terapevt, kardioloq və nevroloqa getməlisiz.

Xəbər lenti