Xəzər Xəbər

“Youtube”un baş icraçı direktoru azərbaycanlı gəncə məktub göndərib - VİDEO

Veb TV | 20:35 • 13 Oktyabr 2019
“Youtube”un baş icraçı direktoru azərbaycanlı gəncə məktub göndərib -

"Sizin gördüyünüz işlə qürur duyuruq. Ümid edirik ki, hörmətimizin əlaməti olan "Qızıl yaradıcı" mükafatı qəbul edərsiniz".

Xezerxeber.az-ın məlumatına görə, bu sözləri "Youtube" platformasının baş icraçı direktoru Susan Voyçiski azərbaycanlı gənc Fuad Əliyevə göndərdiyi təbrik məktubunda bidlirb.

Bir neçə ildir ki, öz "youtube" hesabında şəxsi inkişafla bağlı videolar hazırlayıb paylaşan 29 yaşlı Fuad Əliyev 1 milyon abunə toplamasına görə təbrik məktubu alıb. Onun kanalı sırf fərdi inkişafla bağlıdır. Təşəkkür məktubunda da paylaşdığı videoların əhəmiyyəti bir daha qeyd edilib. O, bu sahə üzrə belə məktub alan ilk azərbaycanlıdır.

Fuad Əliyev deyib ki, hobbi olaraq başladığı bu işi daha da genişləndirmək niyyətindədir. Hazırda o, youtube kanallarından pul qazanamsa da, mütəmadi olaraq 4 dildə fərdi inkişafla bağlı videolar paylaşır.

Fuad Əliyev gələckdə fərqli istiqamətlərdə də video hazırlayaraq kanallarının sayını artırmağı düşünür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti