Xəzər Xəbər

Vladivostokda ən böyük ticarət mərkəzlərindən biri yanıb - VİDEO

Veb TV | 09:42 • 21 Sentyabr 2019
Vladivostokda ən böyük ticarət mərkəzlərindən biri yanıb -

Rusiyanın Vladivostok şəhərində 100 illik yubiley prospektində yerləşən ən böyük ticarət mərkəzlərindən birində - "Maksim”də güclü yanğın olub.



Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, yanğın ticarət mərkəzinin dördüncü mərtəbəsindəki "Yay” kafesində baş verib.


Yanğından mühafizə briqadaları altı dəqiqədən sonra hadisə yerinə gəlib. Yanğın min kvadrat metr sahəni əhatə edib.


İlkin məlumatlara görə, ikinci dərəcəli çağırışla qeydə alınan yanğın zamanı tələfatın olmadığı bildirilib.


Xəbər lenti