Xəzər Xəbər

Bakının Baş Planı ilə bağlı işlər nə yerdədir? VİDEO

Veb TV | 19:37 • 20 Sentyabr 2019
Bakının Baş Planı ilə bağlı işlər nə yerdədir?

Bakının gələcək 20 il üçün inkişaf istiqamətlərini müəyyən edəcək baş planın hazırlanması davam edir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri Rüfət Mahmudun sözlərinə görə, paytaxtın hərtərəfli inkişafı üçün ciddi müzakirələr aparılır. İclaslarda 40-dan artıq dövlət qurumunun nümayəndələrindən ibarət İşçi qrupu müzakirələr aparır.Müzakirələrdə beynəlxalq və yerli ekspertlər də iştirak edirlər. Baş planla bağlı hazırlanan strateji layihələr Bakının müəyyən olunmuş inkişaf prioritetlərinə əsaslanıb.Şəhərin inkişaf konsepsiyası da əsas dörd prioritet istiqamətdə aparılacaq.

Strateji layihələr də bu prioritetlərə uyğun hazırlanıb tərtib edilir. Eyni zamanda bu prioritetlərə uyğun konseptual sənədlər hazırlanır. İşçi qrupun növbəti iclası ötən gün baş tutub.

Baş plan bazar iqtisadiyatı standartlarına cavab verəcək. Onun hazırlanmması ilə bağlı işlər gələn ilin sonuna kimi davam edəcək.

Xəbər lenti