Xəzər Xəbər

Çindən ABŞ-a xəbərdarlıq - "Buna son qoyun!"

Dünya | 16:30 • 20 Sentyabr 2019
Çindən ABŞ-a xəbərdarlıq - "Buna son qoyun!"

Çin Birləşmiş Ştatları Honkonq məsələsinə istənilən formada müdaxiləni və Honkonq separatçılarına dəstəyi dərhal dayandırmağa çağırıb.

Çin Xarici İşlər Nazirliyinin rəsmisi Qen Şuan sentyabrın 19-da keçirdiyi mətbuat konfransında ölkəsinin ABŞ-ın Çinin daxili işlərinə müdaxiləsinə ciddi etirazını bir daha bəyan edib. XİN rəsmisi ABŞ siyasətçilərinin, o cümlədən Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin "Honkonqun müstəqilliyi” radikal fikrini yayan Coşua Vonqu "Kapitoli"yə dəvət etməsini və Honkonq hökuməti əleyhinə etiraz aksiyalarını dəstəkləməsini şərh edərkən belə deyib.

Qen Şuan heç bir ölkənin beynəlxalq hüquqa və beynəlxalq münasibətlərin əsas prinsiplərinə əsasən Çinin daxili işlərinə müdaxilə etmək hüququnun olmadığını deyib və ABŞ-ı Çinin suverenliyinə hörmət etməyə çağırıb.

Teleqraf.com

Xəbər lenti