Xəzər Xəbər

Bakıda insanları aldadıb külli miqdarda pulu mənimsədilər

Hadisə | 14:19 • 20 Sentyabr 2019
Bakıda insanları aldadıb külli miqdarda pulu mənimsədilər

Bakıda dələduzluqla məşğul olan şəxs tutulub.

XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nərimanov RPİ-yə müraciət edən Bakı şəhər sakinləri İ.Ağayev və E.Axundzadə cari ilin iyul ayında Firdovsi adlı şəxsin aldadaraq onlardan ümumilikdə 34500 manat pul aldığını bildiriblər.

Keçirilmiş əməliyyat tədbirləri ilə dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Ələkbərov saxlanılıb.

Onun 2013-cü ilin oktyabr ayında paytaxt sakini olan daha bir qadını aldadaraq 5000 manatını alması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti