Xəzər Xəbər

Özəl tibb müəssisələrinə güzəştlərin verilməsi təklif edilir

Cəmiyyət | 12:17 • 20 Sentyabr 2019
Özəl tibb müəssisələrinə güzəştlərin verilməsi təklif edilir

Azərbaycanda özəl tibb müəssisələrinə müəyyən vergi güzəştləri şamil olunmalıdır.


Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev "Tibb biznesi forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib.


Onun sözlərinə görə, bu güzəştlərdən həm dərman təchizatı ilə məşğul olan, həm də özəl tibb müəssisələri yararlanmalıdırlar.


Deputat hesab edir ki, onlar üçün vergi güzəştlərinin ən azı 8-10 faiz aşağı salınması məqsədəuyğun olardı: "İstərdim ki, bu məsələni həm Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, həm də Milli Məclis olaraq dövlət rəhbərliyi qarşısında qaldıraq. Dövlət özəl təhsil və səhiyyə müəssisələrinə fərqli yanaşmalı və dəstək verməlidir. Əgər ölkədə özəl təhsil və səhiyyə müəssisələri olmasa, bütün yük dövlətin üzərinə düşər. Bu işin asanlaşdırılması üçün öz təkliflərimizi verməliyik".


M.Quliyev əlavə edib ki, bu gün dövlət tibbi texnologiyaların ölkəyə gətirilməsində də özəl sektora dəstək olmalıdır. Bu dəstək ya vergilərin azaldılması, ya da subsidiyaların verilməsi ilə özünü göstərə bilər.


Deputat, həmçinin ölkədə özəl tibbi fəaliyyət ilə məşğul olan fərdi həkimlər üçün də güzəştlər edilməsini təklif edib. (Trend)

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti