Xəzər Xəbər

İlin sonuna qədər bütün tibb müəssisələri publik hüquqi şəxs olacaq - RƏSMİ

Cəmiyyət | 11:43 • 20 Sentyabr 2019
İlin sonuna qədər bütün tibb müəssisələri publik hüquqi şəxs olacaq -

"Səhiyyə Nazirliyi tərəfindən bütün tibb müəssisələri publik hüquqi şəxsə çevrilir. İlin sonuna qədər bu proses bitəcək”.


Xezerxeber.az-ın xəbərinə görə, bunu "Tibb Biznes Forumu: Mövcud Vəziyyət və Perspektivlər” mövzusunda keçirilən forumda çıxışı zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.


"Xəstəxanaların publik hüquqi şəxs olması, xəstəxananın pullu xidmətə keçməsi demək deyil. Xəstəxanaların publik hüquqi şəxs olması onlara maliyyə resurslarını rahat idarə edə bilməsi üçün çeviklik verir, eyni zamanda, onlar bununla Agentlikdən və digər qurumlardan vəsait qəbul edə bilirlər”, - deyə Z. Əliyev vurğulayıb.

Xəbər lenti