Xəzər Xəbər

Bakıda çavuş qazax qızdan üzr istədi, ona bilet aldı

Hadisə | 15:42 • 18 Sentyabr 2019
Bakıda çavuş qazax qızdan üzr istədi, ona bilet aldı

Qazaxıstandan aldadılaraq Bakıya gətirilən qadını Ədliyyə Nazirliyinin çavuşu öz vəsaiti hesabına vətəninə göndərib.

Axar.az xəbər verir ki, bu məlumatı "Təmiz qadınlar” İctimai Birliyinin sədri Mehriban Zeynalova paylaşıb. O bildirib ki, hazırda qazaxıstanlı xanım müvəqqəti olaraq sığınacağa yerləşdirilib.

"Qazaxstan vətəndaşını biri aldadaraq gətirib Bakıya. Qadının olan pulunu da alıb, yoxa çıxıb. Qız da qalıb kirədə çarəsiz. Ev yiyəsi rus dilini bilmədyi üçün bir nəfəri qonşudan çağırıb ki, tərcümə etsin qızın dediklərini. Tərcümə edən isə Ədliyyə Nazirliyinin çavusu olub. Vəziyyəti görən ədliyyə işçisi qızın öz ölkəsinə qayıtması üçün öz pulu ilə bilet alıb və qazaxıstanlı xanımı uçus gününə kimi sığınacağa istiqamətləndirib”, – deyə M.Zeynalova əlavə edib.

M.Zeynalova əlavə edib ki, ədliyyə çavuşu bir azərbaycanlının etdiyi əmələ görə qazaxıstanlı xanımdan onun əvəzinə üzr istəyib:

"Ədliyyə Nazirliyinin çavuşu qıza bildirib ki, Azərbaycan milləti yaxşı millətdir. Deyib, mən həmin adamın yerinə sizdən üzr istəyirəm.

Bu çavuş millətinin aşiqidir. İstəmir ki, heç kim azərbaycanlı deyəndə neqativ düşünsün”.

Xəbər lenti