Xəzər Xəbər

Səudiyyə Ərəbistanı dünyanı sarsıdan hücumun qarşısını niyə almadı? - ŞOK FAKTLAR

Dünya | 15:12 • 18 Sentyabr 2019
Səudiyyə Ərəbistanı dünyanı sarsıdan

Dünya miqyasında müdafiə sənayesinə çox pul xərcləyən ölkələrdən biri olan Səudiyyə Ərəbistanı necə oldu ki, ölkənin ən böyük neft platforması olan "Saudi Aramco”nun raket və Silahlı Pilotsuz Uçuş Aparatları ilə hücuma məruz qalmasının qarşısını ala bilmədi?

Hazırda dünyanın gündəmində olan məsələ hücumun kim tərəfindən edilməsindən çox məhz bu sualdır.

Hazırda Səudiyyə Ərəbistanında ABŞ-dan alınan 6 ədəd "Patriot” hava hücumundan müdafiə kompleksi var. 2018-ci ildə müdafiə büdcəsinə 68 milyard dollar ayıran Səudiyyə Ərəbistanının müdafiə batareyaları ölkədəki neftin yarısının emal edildiyi kritik təsislərə istiqamətləndirilmiş hücuma müdaxilə edə bilməməsinin hərbi və texniki səbəbləri araşdırılır.

Səudiyyə Ərəbistanının bölgədə ən ciddi rəqabətdə olduğu İran belə ötən il müdafiə sənayesinə 13 milyard dollar ayırıb. Bununla iki ölkə arasındakı rəqabətin ən çox nəzərə çarpdığı Yəməndə Səudiyyə cəbhəsi heç bir hərbi uğur əldə edə bilməyib.

ABŞ-da yayımlanan "Star and Stripes” hərbi mövzulu qəzetə açıqlama verən hərbi ekspert Duqlas Barri neft emalı zavodlarına hücumların həm Silahlı Pilotsuz Uçuş Aparatları, həm də kəşfiyyat raketləri ilə təşkil edilməsi təqdirində bunun müdafiə çətin olan durum olduğunu bildirib. "Əgər bu, qarışıq hücumdursa, raketlərlə dronlar koordinasiyalı şəkildə alçaq mövqedən uçursa, bu, genişmiqyaslı Qərb ordusu üçün belə müdafiəsi çətin bir vəziyyətdir”,- mütəxəssis qeyd edib.

London İqtisadiyyat Məktəbinin Yaxın Şərq üzrə mütəxəssisi Favaz Cerces isə Səudiyyə Ərəbistanının istifadə etdiyi "Patriot” hava hücumundan müdafiə sisteminin kifayət etmədiyinə diqqət çəkib: "Məni təəəcübləndirən şey budur ki, ABŞ-ın müdafiə sisteminə nə oldu? ABŞ və müdafiə sistemləri çox pis təəssürat bağışladı. İran hazırda bunu görüü və öyrəndiklərini Suriyada, Livanda və gələcəkdə daha başqa yerlərdə də istifadə edəcək”.

"Star and Stripes” qəzeti "Rusiyanın S-400 müdafiə sistemi çox az sınaqdan keçirilmiş olsa da, ABŞ-ın "Patriot”larından texniki cəhətdən üstündür. S-400-ün 400 km, "Patriot”un isə 160 km potensialı var. Hərəkət edən hədəfləri ikiqat daha sürətli şəkildə vura bilir” ifadələrini dərc edib.

Hücumun müəmması isə hələ də davam edir. Amerikalılar raket və dronların İran torpaqlarından havaya qalxdığını iddia edir. Səudiyyə Ərəbistanı isə bu mövzuda kifayət qədər dəlil olmadığını bildirir. Ər-Riyadın ölkəyə beynəlxalq mütəxəssisləri araşdırma üçün ölkəyə dəvət etməsi mövzunu soyudacağı və hərbi qarşıdurma ehtimalını azaldacağı ehtimal olunur.

Qeyd edək ki, "Saudi Aramco”nun neft emalı zavodları şənbə günü gecə saat 04:00 radələrində hücuma məruz qalmış, daha sonra yanğın olmuşdu. Yəməndə savaşan İran dəstəkli Husilər hücumun məsuliyyətini öz üzərinə götürmüşdü. İran hücumun onlar tərəfindən edildiyi iddiasını təkzib edib.

Fransanın AFP agentliyinə adını açıqlanmayan amerikalı bir şəxs ABŞ Administrasiyasının növbəti həftə məsələ ilə apardığı araşdırmanın detallarını BMT-nin Baş Assambleyasının iclasına təqdim edəcəyini deyib./publika.az

Xəbər lenti