Xəzər Xəbər

Nəvə babasının 15 min manatlıq qızılını oğurladı

Hadisə | 15:08 • 18 Sentyabr 2019
Nəvə babasının 15 min manatlıq qızılını oğurladı

Bakıda nəvə babasının evindən oğurluq edib.

Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumat görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də rayon ərazisindəki evlərin birindən 1500 manat və 15000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin nəvəsi N.Əmircanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti