Xəzər Xəbər

Nazirlikdən hibrid və elektrik avtomobilllərə dəstək VİDEO

Veb TV | 19:48 • 17 Sentyabr 2019
Nazirlikdən hibrid və elektrik avtomobilllərə dəstək

Ölkəmizdə ətraf mühitə daha az ziyan vuran elektrik və hibrid avtomobillərinin istifadəsinin stimullaşdırılması ilə bağlı tədbirlərin icrası nəzərdə tutulub.

Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məsələləri öz əksini tapıb.Proqramdan irəli gələn tələblər çərçivəsində işlərin icrasına başlanılıb.

Ekologiya və Təbiii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadənin sözlərinə görə,burda inkişaf etmiş ölkələrin də təcrübəsinin tətbiqi nəzərdə tutulub.İlkin olaraq elektrik avtomobilləribndə olduğu kimi vergi və gömrük güzəştlərinin olması nəzərdə tutulur.

Onu da qeyd edək ki,Azərbaycan Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının səviyyəsinin 35 faiz azaldılmasını hədəf kimi götürüb və bu hədəfə nail olmağın yollarından biri kimi ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin istifadəsi göstərilib.

" frameborder="0" allowfullscreen>

Xəbər lenti