Xəzər Xəbər

2 milyon manatlıq dərman tutuldu VİDEO

Veb TV | 19:16 • 17 Sentyabr 2019
2 milyon manatlıq dərman tutuldu

Gürcüstandan 2 milyon manat dəyərində dərman preparatlarının qanunsuz gətirilməsinin qarşısı alınıb.

Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsində yaradılmış əməliyyat qrupu müəyyən edib ki, yük avtomobilində sənədlərdən aldatma yolu ilə ölkə ərazisinə dərman preparatları gətiriləcək, sonra isə Qazax rayon ərazisində eyni markalı digər nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanları ilə dəyişdirilməklə Bakı şəhərinə aparılacaq.

Yaradılan əməliyyat qrupu sözügedən nəqliyyat vasitəsini nəzarətə götürüb. Nəzarətə götürülən həmin yük avtomobili ötən gün Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postundan ölkə ərazisinə daxil olub və postun yaxınlığındakı rentgen qurğusundan keçməyərək birbaşa Qazax rayonun ikinci Şıxlı kəndinin ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlib.

Qeyd olunan ərazidə Gürcüstandan dərman vasitələrini gətirən Azərbaycan vətəndaşı Xəqani Qədirovun idarə etdiyi nəqliyyat vasitəsinin dövlət nömrə nişanları açılaraq həmin əraziyə əvvəlcədən gətirilmiş eyni markalı, zahiri görünüşcə bənzəyən Vüqar Qədirovun idarə etdiyi digər avtomobilin qeydiyyat nişanları ilə dəyişdirilib. Sonra isə dərman vasitələri daşıyan nəqliyyat vasitəsi Bakı şəhəri istiqamətində hərəkətini davam etdirib.

Dövlət nömrə nişanı dəyişdirilən digər avtomobil isə rentgen qurğusundan keçmək üçün gömrük postuna yola düşüb. Əməliyyat qrupu dərhal Bakı şəhəri istiqamətində yola düşən, eyni zamanda rentgen qurğusundan keçmək üçün əraziyə gedən hər iki yük avtomobilini saxlayaraq "Qırmızı Körpü" gömrük postuna gətirib. Bundan sonra Vüqar Qədirovun idarə etdiyi nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilib. Bu zaman nəqliyyat vasitəsinin yük yerində olan qutulardan mal müşaiyyət sənədlərində göstərilməyən 850 adda təqribi 2 milyon manat dəyərində dərman preparatları aşkar olunub.

" frameborder="0" allowfullscreen>

Xəbər lenti