Xəzər Xəbər

Ukraynada orta məktəbdə kütləvi zəhərlənmə baş verib

Dünya | 11:21 • 16 Sentyabr 2019
Ukraynada orta məktəbdə kütləvi zəhərlənmə baş verib

Ukraynanın Vinnitsa vilayətində orta məktəbin bufetində qidadan baş verən zəhərlənmə nəticəsində 21 şagird xəstəxanaya yerləşdirilib. AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.


Məlumata görə, hazırda epidemiyaya qarşı tədbirlər görülür. Məktəbə qida hazırlayan obyektin fəaliyyəti isə dayandırılıb.


Faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti

Çox oxunanlar