Xəzər Xəbər

Hacıqabulda yol qəzasında bir nəfər ölüb

Region | 10:39 • 16 Sentyabr 2019
Hacıqabulda yol qəzasında bir nəfər ölüb

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Padar kəndi ərazisində qeydə alınıb .


"KamAZ” və iki "Mercedes” markalı yük avtomobilinin toqquşması nəticəsində üç nəfər ağır xəsarət alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onlardan biri – Bakı şəhər sakini Əyyub Atakişiyev xəstəxanada ölüb.


Faktla bağlı araşdırma aparılır. (AZƏRTAC)

Xəbər lenti