Xəzər Xəbər

"Sabah" baş məşqçisini istefaya göndərdi

İdman | 09:41 • 16 Sentyabr 2019
"Sabah" baş məşqçisini istefaya göndərdi

Azərbaycan Premyer Liqasında baş məşqçi istefası gerçəkləşib.


"Sabah" Futbol Klubunun baş məşqçi postunda dəyişiklik edilib.


Əsas komandanın baş məşqçisi Elşad Əhmədov bundan sonra klub prezidentinin müşaviri vəzifəsini yerinə yetirəcək. Qərar klub rəhbərliyilə təcrübəli mütəxəssis arasında qarşılıqlı razılıq əsasında qəbul olunub. Ötən mövsüm Premyer Liqada debüt edən "Sabah"ın formalaşmasında, komandanın qurulmasında böyük əməyi olan E. Əhmədovun mütəxəssis kimi bilik və bacarığına klubun inkişafında ehtiyac var.


Əsas komandanın baş məşqçi postu müvəqqəti olaraq əvəzedici komandanın baş məşqçisi Rövşən Babayevə həvalə olunub. Yaxın günlərdə klubun Müşahidə Şurasının növbədənkənar iclası keçiriləcək. İclasda komandanın son nəticələri müzakirə edilməklə yanaşı, yeni baş məşqçinin təyinatı məsələsinə də baxılacaq.


Qeyd edək ki, bu, mövsümdə ikinci istefadır. Bundan öncə "Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov postundan ayrılmışdı.

Xəbər lenti