Xəzər Xəbər

Gürcüstanın İqtisadiyyat naziri Bakıya gələcək

Dünya | 09:27 • 16 Sentyabr 2019
Gürcüstanın İqtisadiyyat naziri Bakıya gələcək

Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava sentyabrın 17-də Bakıya səfər edəcək.


AZƏRTAC xəbər verir ki, səfərin məqsədi Azərbaycan ilə Gürcüstan arasında iqtisadi münasibətlərin, əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmaqdır. Səfər çərçivəsində Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsi barədə müzakirələr aparılacaq.


Gürcüstan nümayəndə heyətinin Bakıda bir sıra görüşləri də nəzərdə tutulub.


Səfər iki gün davam edəcək.

Xəbər lenti