Xəzər Xəbər

İsmayıllıda yas mərasimində ev uçub, 6 nəfər xəsarət alıb - VİDEO

Veb TV | 19:08 • 25 Avqust 2019
İsmayıllıda yas mərasimində ev uçub, 6 nəfər xəsarət alıb -

İsmayıllıda yas mərasimində ev uçub, 6 nəfər xəsarət alıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə İsmayıllı rayonunun Balik kəndində baş verib.

Sara Babayevaya məxsus olan ikimərtəbəli yaşayış evinin döşəməsi insanların ağırlığına tab gətirməyərək çöküb.

Sara Babayevanın həyat yoldaşı gecə saatlarında rəhmətə gedib . Yas mərasiminə gələn kənd sakinləri eyvanda cənazəni ortadan qaldırarkən evin döşəməsi uçub.

Dağıntı zamanı 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlar Balik kənd sakinləri Kamalova Müşkünaz , Mirzəməmmədova Sevda , Umudova Elnarə , Daşdəmirova Vüsalə , Mirzəyeva Cəmilə və Quliyeva Ofeliyadır.

Xəsarət alanların vəziyyəti orta-ağır qiymətləndirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti