Xəzər Xəbər

Ukrayna yeni raketdaşıyıcısını sınaqdan keçirib

Texnologiya | 14:42 • 25 Avqust 2019
Ukrayna yeni raketdaşıyıcısını sınaqdan keçirib
Ukrayna dövlət müstəqilliyinin 28-ci ildönümü münasibətilə ilk dəfə olaraq orta sinfə aid "Tsiklon-4” raketdaşıyıcısını sınaqdan keçirib.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, "Tsiklon-4” vasitəsilə peykləri hədəf nöqtəsinə buraxmaq mümkün olacaq. Sınaq uğurla həyata keçirilib, raketdaşıyıcısının bütün sistemləri normal işləyib.
Ukraynalı mütəxəssislər bundan sonra "Tsiklon-4M” yeni raketdaşıyıcısının modelinin hazırlıqlarına başlayacaq.

Xəbər lenti