Xəzər Xəbər

Gömrük nəzarətindən gizlədilən telefonlar aşkarlanıb - FOTO

İqtisadiyyat | 15:29 • 24 Avqust 2019
Gömrük nəzarətindən gizlədilən telefonlar aşkarlanıb -

Gömrük nəzarətindən gizlədilən telefonlar aşkarlanıb.


Dövlət Gömrük Komitəsindən bildirilib ki, Gürcüstandan gələn Rusiya vətəndaşının idarə etdiyi "VAZ-21114” markalı avtomobil Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü” gömrük postunda saxlanılıb və nəqliyyat vasitəsinin sürücüsü şifahi sorğu-sual olunub. Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin ön sərnişin oturacağının altında gömrük nəzarətindən gizlədilən 8 ədəd "Samsung Galaxy S9+” markalı mobil telefon aşkarlanıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti