Xəzər Xəbər

İtaliya millisinin baş məşqçisi ilə müqavilə müddəti uzadılıb

İdman | 09:49 • 24 Avqust 2019
İtaliya millisinin baş məşqçisi ilə müqavilə müddəti uzadılıb

Futbol üzrə qadınlardan ibarət İtaliya milli komandasının baş məşqçisi Milena Bortolini yığma komanda ilə müqaviləsini 2 illik müddətə uzadıb.


Xezerxeber.az xəbər verir ki, onun rəhbərliyi altında İtaliya yığması bu il Fransada təşkil olunan qadınlar arasında futbol üzrə dünya çempionatında uğurla çıxış edərək, dörddəbir final mərhələsinədək irəliləmiş, yalnız bu mərhələdə Hollandiya komandasına məğlub olaraq mübarizəni dayandırmışdı.


Qeyd edək ki, futbol üzrə 2021-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İtaliya millisini avqustun 29-da Təl-Əvivdə İsrail yığmasına, sentyabrın 3-də isə Tbilisidə Gürcüstan komandasına qarşı oyunlar gözləyir.

Xəbər lenti