Xəzər Xəbər

Rihanna ailəsini milyarder sevgilisiylə tanış etdi FOTO

Şou Biznes | 15:49 • 23 Avqust 2019
Rihanna ailəsini milyarder sevgilisiylə tanış etdi

Pərəstişkarları sevimli müğənnilərinin tezliklə ərə gedəcəyindən danışırlar.

Rihanna artıq iki ildir ki, ərəb milyarderiHəsən Cəmillə görüşür. O, şəxsi həyatınıntəfərrüatlarını gizlətməyə çalışır.Amma göründüyü kimi,məşhurların sirri olmur.

Rusiya saytlarının yazdığına görə, Rihannanın Həsəni ailəsi ilə tanış etməsi də pərəstişkarlarından gizli qalmayıb. Avqustun 13-də müğənnianası Monika Breytveyt və qardaşlarından birinin əhatəsində ərəb milyarderi ilə şam yeməyi yeyib.

Onlar gecəyarıyadək bir yerdə oturublar, arada isə Həsən Rihannanın qolundan tutub.

Sosial şəbəkələrdəki pərəstişkarlarının fikrincə, elə həmin məqamda cütlük evlənməyə hazırlaşdığını ailəyə bəyan edib.

Fanatlar artıq müğənnidən bu barədə rəsmi bəyanat gözləyir və onu ağ gəlinlikdə təsvir edirlər.

Xəbər lenti