Xəzər Xəbər

Putin Rusiyanın silahlanmasından danışdı: Heç vaxt...

Dünya | 14:52 • 23 Avqust 2019
Putin Rusiyanın silahlanmasından danışdı:

Rusiya heç vaxt silahlanma yarışına qoşulmamışıq, gələcəkdə bu baş verməyəcək.

Bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə keçirilən görüşdə deyib.

Putinin çıxışının stenoqramı Kremlin rəsmi saytında yayılıb.

"Bildiyiniz kimi biz heç vaxt iqtisadiyyatımız üçün dağıdıcı olan silahlanma yarışına qoşulmamışıq və bundan sonra da qoşulmayacağıq. Xatırladım ki, Rusiya müdafiə xərclərinə görə ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Fransa və Yaponiyadan sonra dünyada 7-ci yerdədir”, - Putin bildirib./axar.az

Xəbər lenti