Xəzər Xəbər

Hacıqabulda mikroavtobus qəzaya uğradı Yaralananların adları məlum oldu

Hadisə | 10:26 • 23 Avqust 2019
Hacıqabulda mikroavtobus qəzaya uğradı

Hacıqabul rayonunda yol qəzası nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

Bunlar Yevlax rayon sakinləri - 1983-cü il təvəllüdlü Şərifova Cəmilə Tehran qızı, 2002-ci il təvəllüdlü Məmmədli Aytac İlham oğlu, 1974-cü il təvəllüdlü Əliyev Ceyhun Tariyel oğlu, 2005-ci il təvəllüdlü Məmmədli Yasin İlham oğlu, 1999-cu il təvəllüdlü Əbdürrəhmanova Nərmin Taleh qızı, 1967-ci il təvəllüdlü Əliyeva Rəsmiyyə Mustafa qızı, 1976-cı il təvəllüdlü İbadov Qəni Mehman oğlu və 1947-ci il təvəllüdlü Hidayətova Qahirə Bəhrəm qızıdır.

Xasrət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***

Hacıqabul rayonunda mikroavtobus qəzaya uğrayıb.

Hadisə Bakı-Qazax magistral yolunun Muğanla Xilə kəndi arasından keçən hissəsində qeydə alınıb.

Şahidlərin dediyinə görə, mikroavtobusun qəzaya uğraması nəticəsində azı 8 nəfərin xəsarət alıb. Hadisə yerinə Şirvan və Hacıqabul "təcili yardım" maşınları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır (Report).

Xəbər lenti