Xəzər Xəbər

Avstraliya ABŞ-a “hə” dedi: İrana qarşı koalisiya genişlənir

Dünya | 12:38 • 21 Avqust 2019
Avstraliya ABŞ-a “hə” dedi:

Avstraliyanın Baş naziri Skott Morrison ABŞ və İngiltərənin rəhbərliyi altında Hörmüz boğazında təhlükəsizliyi təmin etmək üçün qurulacaq koalisiya qüvvələrinə hava və dənizdən dəstək verəcəklərini bildirib.

Avstraliyanın paytaxtı Kanberrada Federal Məclisdə Müdafiə naziri Linda Reynolds və Baş Qərargah rəisi Anqus Kampbellin iştirakı ilə keçirilən mətbuat konfransında Morrison hökumətinin Hörmüz boğazıyla bağlı məsələyə münasibətini açıqlayıb.

Skott Morrison, həmçinin, ABŞ-ın və İngiltərənin rəhbərlik etdiyi koalisiyanı müşahidə təyyarələri və döyüş gəmiləri ilə dəstəkləyəcəklərini qeyd edərək, neft tankerlərinin sərbəst hərəkət etməsinə icazə verilməsinin Avstraliyanın marağında olacağını vurğulayıb.

Bölgədə nəqliyyat gecikmələrinin Avstraliyanın milli maraqlarına təhlükə yaratdığını da vurğulayan Morrison bunun Avstraliyanın iqtisadiyyatı üçün potensial bir təhlükə olduğunu söyləyib.

Mətbuat konfransında Baş nazir Morrison və Müdafiə Naziri Reynolds Avstraliyanın Hörmüz boğazındakı rolunun yalnız nəqliyyat yollarının qorunması ilə məhdudlaşacağını və cəmi 200 hərbçinin koalisiyaya dəstək verəcəyini bildirib./teleqraf

Xəbər lenti