Xəzər Xəbər

Gəlinə görə DƏHŞƏTLİ DAVA: 5 nəfər öldürüldü, 8-i isə... - VİDEO

Veb TV | 12:22 • 21 Avqust 2019
Gəlinə görə DƏHŞƏTLİ DAVA:

Türkiyənin Diyarbəkir vilayətində dəhşətli ailə faciəsi yaşanıb.

Vilayətin Silvan rayonunda 3 ailənin qarışdığı davada 1-i qadın olmaqla 5 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Məlumata görə, Ənvər Təkin bilinməyən səbəbə görə Poyraz ailəsinə gəlin köçən qızını evinə gətirib. Poyraz ailəsi isə gəlini geri aparmaq üçün Ənvər Təkinin evinə gəlib. Bu zaman ailələr arasında yaranan mübahisə silahlı davaya çevrilib. Bu zaman Narin ailəsi də Ənvər Təkinin ailəsinə dəstək üçün ora gəlib. Silahlı insident zamanı məhz bu ailənin 3 üzvü - Əziz Narin, Halisə Narin, Gökhan Narin, eyni zamanda Edip Oğraş və adı bilinməyən bir şəxs öldürülüb. 8 nəfər isə ağır xəsarətlər alıb./publika.az

Xəbər lenti

Çox oxunanlar