Xəzər Xəbər

"Çelsi" Zappakostanı icarəyə verdi

İdman | 12:04 • 21 Avqust 2019
"Çelsi" Zappakostanı icarəyə verdi

"Çelsi" müdafiəçisi Davide Zappakostanı İtaliyanın "Roma" klubuna icarəyə verib.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, italiyalı futbolçu ilə bir illik müqavilə imzalanıb. Paytaxt klubu Zappakostanı birdəfəlik transfer etmək hüququna sahibdir.

"İtaliya üçün çox darıxmışdım. Geri qayıtdığım üçün çox xoşbəxtəm", - deyə futbolçu "Sky Iitalia"ya açıqlayıb.

"Çelsi" 27 yaşlı futbolçunu 2017-ci ildə "Torino"dan 28 milyon avroya transfer etmişdi. O, London klubunda 52 oyuna 2 qol vurub.

Xəbər lenti