"Beşiktaş” Ermənistan millisinin üzvü Araz Ozbilizlə yolları ayırıb.
"Hürriyət" xəbər verir ki, 29yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Özbilizə 2,25 milyon avro kompensasiya ödənilib.
2016-cı ildə Moskva "Spartak”ından 1,3 milyon avroya transfer edilən futbolçu icarə əsasında İspaniyanın "Rayo Valyekano”,Moldovanın "Şerif" və Hollandiyanın "Villem II" klublarında çıxış edib.