Xəzər Xəbər

İstanbulda suriyalılara qoyulan vaxt başa çatdı

Dünya | 10:56 • 21 Avqust 2019
İstanbulda suriyalılara qoyulan vaxt başa çatdı

İstanbul Valiliyi tərəfində bu şəhərdə qeydiyyatı olmayan suriyalıların qeydiyyatda olduqları ünvanlar üzrə getmələri üçün ayrılan müddət başa çatıb.

İyulun 22-dən başladılan köçürülmə işləri çərçivəsində çox sayda suriyalı ölkənin Daxili İşlər Nazirliyi tərəfindən əvvəlcədən təyin edilmiş qeydiyyatda olduğu şəhərə köçürülüb.

Mövzu ilə bağlı avqustun 1-də İstanbul Valiliyindən verilən məlumatda Türkiyəyə qanunsuz yollarla gəlmiş 12474 xarici vətəndaşın geri göndərmə mərkəzlərinə yönləndirildiyi bildirilib ki, onların da 2630-u Suriya vətəndaşıdır.

Hazırda müddətin başa çatmasına baxmayaraq, İstanbulda qeydiyyatı olmayan çox sayda Suriya vətəndaşı var. Onların çoxunun ailə fərdləri Türkiyənin müxtəlif şəhərlərində qeydiyyatdadılar. Əksər hallarda bu səbəbdən onların şəhərdən köçürülməsi problem yaradır.

Bu və bir sıra başqa səbəblərdən Beynəlxalq Köçkün Haqları Dərnəyi suriyalıların Istanbuldan köçürülmələri üçün ayrılan müddətin uzadılmasını tələb edir.

Teleqraf.com

Xəbər lenti