Xəzər Xəbər

Azərbaycanda gələn ildən aqrar sığorta mexanizmi işə salınacaq VİDEO

Veb TV | 19:37 • 20 Avqust 2019
Azərbaycanda gələn ildən aqrar sığorta mexanizmi işə salınacaq

Azərbaycan Respublikasının Prezidenti "Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun və "Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Fərman imzalayıb. Bununla yeni aqrar sığorta mexanizminin fəaliyyətə başlaması nəzərdə tutulur. Aqrar sığorta mexanizmi Kənd Təsərrüfatı Nazirliyinin rəhbərlik etdiyi, Maliyyə, İqtisadiyyat, Ədliyyə nazirlikləri, Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmlak Məsələləri Dövlət Komitəsi nümayəndələrinin də daxil olduğu işçi qrup tərəfindən hazırlanıb.

Ölkəmizdə aqrar sığorta fondu yaradıldı. Fond aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edəcək və onun fəaliyyətinə nəzarəti həyata keçirəcək.Fondun nizamnamə kapitalı ilkin olaraq 1 milyon manat olacaq, 2020 və 2021-ci illərdə isə fondun kapitalı müvafiq olaraq 5 milyon manat və 3 milyon manat artırılacaq.

Kənd təsərrüfatı Nazirinin müavini İlhamə Qədimova bildirib ki, aqrar sığorta fondu «Aqrar Sığorta haqqinda» qanunun tətbiqi ilə bağlı yaradılıb. Qanunun ən müsbət tərəflərindən biri aqrar sığorta sahəsində dövlət-özəl tərəfdaşlığınj yaradılmasıdır.

İlhamə Qədimovanın sözlərinə görə qanunun tətbiqi ilə bağlı aqrar sığorta risklərinin və predmətlərinin əhatə dairəsi genişləndirilib.

Qanun qəbulu ölkədə kənd təsərrüfatının inkişafına dəstək xarakter daşıyır. Beləki kəndt təsərrüfatı sahəsində risklərin azaldılması eyni zamanda bu sahəyə invistisya qoyuluşunun artırılmasını hədəfləyir. 

Xəbər lenti