Xəzər Xəbər

Bakıda 17 yaşlı oğlan itkin düşüb - VİDEO

Veb TV | 19:53 • 19 Avqust 2019
Bakıda 17 yaşlı oğlan itkin düşüb -

Bakıda 17 yaşlı yeniyetmə 11 gündür ki, evdən çıxıb və geri qayıtmayıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda yaşayan Rəhimovlar ailəsində baş verib. Ailə başçısı Şahin Rəhimov bildirir ki, oğlu avqustun 8-i evdən çıxıb, hələ də harda olduğunu bilmirlər.

Atasının dediyinə görə, 17 yaşlı Samir Rəhimzadə son 3 ay ərzində özünə qapanıb və evdən bayıra çıxmayıb. Onun evdən çıxıb getməsi üçün isə hansısa bir münaqişə və ya arzuolunmaz hadisə baş verməyib.

Şahin Rəhimov bildirir ki, oğlu təbiət və heyvanlarla bağlı verilişlərə baxmağı xoşlayırdı. Ancaq evdən bayıra çıxmadığına görə onun hansısa qrupa qoşulmaq ehtimalı da azdır. O, oğluna bütün ailə adından səslənərək onu geri qayıtmağa səsləyib.

Atasının sözlərinə görə, oğlu 9-cu sinifdən sonra təhsilini davam etdirməyib. O, oğlunun tapılması üçün polisə də müraciət edib. Şahin Rəhimov şəkillərdəki yeniyetməni görən şəxslərdən Sabunçu 12-ci polis şöbəsinə müraciət etmələrini xahiş edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti