Xəzər Xəbər

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır - VİDEO

Veb TV | 19:45 • 19 Avqust 2019
Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır -

2019-2020-ci dərs ili üzrə məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayacaq.

Xezerxeber.az-ın məlumatına görə, ərizə qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə elektron qaydada həyata keçiriləcək. İnternetə çıxış imkanları zəif olanlar məktəblərə yazılı şəkildə müraciət edə bilər.

Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu avqustun 26-dan başlayacaq və proses sentyabrın 25-dək davam edəcək.

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 2014-cü ildə anadan olmuş uşaqlar qəbul olunurlar.

Təhsil Nazirliyinin baş məsləhətçisi Əhliyət Adıgözəlov qeyd edib ki, məktəbahazırlıq qruplarında təhsil ödənişsizdir. Paytaxt məktəblərində bir hazırlıq qrupunun təşkili üçün 15-dən çox, bölgələrdəkində isə 10-dan çox şagird kifayət edir.

Məktəbəhazırlıq qruplarına qeydiyyat zamanı uşaqların yaşayış yeri əsas götürülür. Hər bir uşaq evinə yaxın ərazidəki məktəbdəki qrupa yazıla bilər. İstisnalar olarsa, məsələyə fərdi qaydada baxıla bilər.

Əhliyət Adıgözəlov qeyd edib ki, məktəbəhazırlıq qruplarının təşkilinin məqsədi uşaqları məktəbə hazırlamaqdır.Yəni bu qruplarda uşaqlarda məntiq, ətraf aləmlə tanışlıq, musiqi duyumu, riyazi bacarıqlar təkmilləşdirilir.

Bu tədris ilində ölkə məktəblərinin 90 faizində hazırlıq qruplarının təşkil ediləcəyi gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti