Xəzər Xəbər

BƏƏ hökuməti bir hərfdən ibarət ilk domeni istifadəyə verib

Dünya | 15:57 • 23 İyul 2019
BƏƏ hökuməti bir hərfdən ibarət ilk domeni istifadəyə verib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hökuməti "AE” domen zonasında öz rəsmi portalının bir hərfdən ibarət (U) yeni domen adını istifadəyə verib.


AZƏRTAC BƏƏ KİV-lərinə istinadla xəbər verir ki, bu yeni domen adı BƏƏ Nazirlər Kabinetinin və Gələcəyinin İşləri üzrə Nazirlik nəzdində Baş Nazirin dəftərxanası ilə Telekommunikasiyaları Nizamlayan Orqan arasında əməkdaşlıq şəraitində yaradılıb.


Birinci "U” hərfi domen adı, ikinci və üçüncü hərflər isə ("ae”) ölkənin kodudur. Bu üç hərfin birlikdə təşkil etdiyi "UAE” avreviaturu dövlətin tam adının ("The United Arab Emirаtes”) ixtisar olunmuş rəsmi formasıdır.


U.AE hökumət portalında BƏƏ-nin həyatının mühüm sahələri – təhsil, iqtisadiyyat, biznes, ictimai münasibətlər, səhiyyə, milli siyasət və strategiya, həmçinin bir sıra başqa sahələr barədə ətraflı məlumat əldə etmək mümkün olacaq.


Qeyd edilir ki, bir hərfdən ibarət yeni domen adı BƏƏ-nin innovasiyalara və xoşbəxt gələcək naminə davam edən rəqəmsal transformasiyaya meyl etməsi əlamətidir. Xüsusi vurğulanır ki, bir hərfdən ibarət domen adı dünyada ilk dəfədir ki, bilavasitə dövlət tərəfindən istifadə edilir.

Xəbər lenti