Xəzər Xəbər

“Qarabağ” – “Dandolk” matçının hakimləri açıqlanıb

İdman | 15:42 • 23 İyul 2019
“Qarabağ” – “Dandolk” matçının hakimləri açıqlanıb

Çempionlar Liqasında ölkəmizi təmsil edən "Qarabağ”ın İrlandiyanın "Dandolk” klubu ilə ikinci mərhələdəki cavab oyununun hakimləri müəyyənləşib.


Xezerxeber.az-ın məlumatına görə, iyulun 31-də keçiriləcək görüşü norveçli hakimlər idarə edəcək.


"Dalğa Arena"dakı qarşılaşmanın baş hakimi Sveyn Oddvar Moen olacaq. Ona Maqnus Lundberq və İsaak Elias Skyeset Başevkin kömək edəcək. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.


Qeyd edək ki, matç saat 21:00-da başlayacaq.

Xəbər lenti